3,9 min şəxsə əlillik təyin edildi

Sosial

12.02.2025 11:40

2891

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.

TodayPress xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Bildirilib ki, onlardan 1,7 mininə ilkin, 2,2 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

tag: ƏƏSMN,Tibbi-Sosial Ekspertiza,Reabilitasiya ,Əlillik,Pensiya,todaypress.az,