Bakıda küləyin sürəti 25 m/san-ə çatdı
İyulun 27-si saat 19:00-a olan
faktiki hava açıqlanıb.
TodayPress Milli Hidrometeorologiya
Xidmətinə istinadən xəbər verir ki, bəzi bölgələrdə yağıntılı hava şəraiti
davam edir.
Daşkəsən, Gədəbəy, Gəncə,
Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv
yağış yağır.
Leysan xarakterli yağış Gədəbəy
rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.
Saat 17:40 radələrində Gədəbəy
rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan
dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.
Şəkıdə və Sarıbaşda (Qax)
duman müşahidə olunub.
Şimal -qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.
tag: Bakı, Külək, Gədəbəy, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,