FHN Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları keçirdi

Sosial

10.05.2025 12:24

13

Fövqəladə Hallar Nazirliyinin strukturları tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları keçirilib. 

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.

Ulu Öndərin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq keçirilən aksiyalarda məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi olub. 

Aksiyalarda torpaq-iqlim şəraiti nəzərə alınaraq, seçilmiş ağac növləri uyğun sahələrdə əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib. 

Əkilən ağaclar ərazidə estetik görünüş yaratmaqla yanaşı, ətraf mühitə müsbət təsir göstərərək ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək.

tag: FHN,Ulu Öndər,Heydər Əliyev,Tədbir,Todaypress.az,

photo
photo
photo
photo
photo
photo