Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

Sosial

10.05.2025 12:08

13

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.

Bu barədə TodayPress-ə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

Ulu Öndərin məzarı önünə tər güllər düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi yad olunub, məzarı önünə güllər qoyulub.

tag: Ombudsman,Səbinə Əliyeva,Ulu Öndər,Heydər Əliyev,Todaypress.az,

photo
photo
photo