Probasiya nəzarəti tətbiq edilən 43 uşağın qiymətləndirməsi aparıldı

Sosial

08.05.2025 16:29

10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi probasiya nəzarəti tətbiq edilən şəxslərin sosial mühitə adaptasiyası məqsədilə daha 43 uşağın sosial-psixoloji qiymətləndirilməsini aparıb.     

Bu barədə TodayPress-ə Agentlikdən məlumat verilib.

Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən qiymətləndirmə zamanı həmin şəxslərə sosial-hüquqi və sosial-məsləhət yardımı xidməti də göstərilib.   

Qiymətləndirmənin nəticələrinə əsasən, növbəti mərhələdə bu yeniyetmələrin sosial-psixoloji yardım xidmətlərinə cəlb olunması nəzərdə tutulub.   

Göstərilən xidmətlər çərçivəsində şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və sosial bacarıqlarının formalaşdırılmasına müvafiq dəstək göstərilir.

tag: Probasiya,Uşaqlar,Nəzarət,Qiymətləndirmə,Todaypress.az,