Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər etdi

Sosial

05.05.2025 13:02

13

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib. 

Səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Ağdam Sənaye Parkının məsul əməkdaşları ilə görüş keçirilib. Görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bu barədə TodayPress-ə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qarabağ Universitetinin rektoru Şahin Bayramov görüşdə çıxış edərək Universitetin regionun inkişafında oynadığı roldan, elm və sənaye əməkdaşlığının əhəmiyyətindən bəhs edib.

Rektor sənaye parkı ilə birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Ş.Bayramov bu cür əməkdaşlıqların Qarabağ Universitetinin tədris və tədqiqat fəaliyyətinə töhfə verəcəyini, eyni zamanda tələbələrin istehsalat təcrübəsi və gələcək karyera imkanları baxımından faydalı olacağını qeyd edib. 

Səfər zamanı nümayəndə heyəti Parkın rezidenti olan müəssisələrdə yaradılmış müasir istehsal prosesləri ilə yerində tanış olub.

Onlara tətbiq olunan vergi güzəştləri, məhsul satışları və ixrac imkanları barədə də ətraflı məlumat verilib.

tag: Qarabağ,Universitet,Ağdam,Sənaye Parkı,Todaypress.az,

photo
photo
photo
photo
photo
photo