Qubadlıda 2 tona yaxın çətənə kolu məhv edildi

Sosial

21.06.2024 08:42

1104

Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Davudlu kəndinin ərazisində, Bazarçay çayının sahilindən yabanı halda bitən 2 tona yaxın 3895 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

tag: Qubadlı, Çətənə kolu, Daxili İşlər Nazirliyi, Davudlu kəndi, todaypress.az,