Toyda bıçaqlanma hadisəsi baş verdi

Sosial

04.05.2025 03:46

28

İmişli rayonunun Qulubəyli kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

TodayPress xəbər verir ki, kənd sakini, 1997-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Tarverdiyev bıçaqlanıb.

Yaralı dərhal Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

tag: İmişli, Qulubəyli, Toy, Bıçaqlanma, todaypress.az,