XRİTDX-də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirildi

Sosial

10.05.2025 10:34

14

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən silsilə tədbirlər təşkil olunub. 

TodayPress xəbər verir ki, tədbirlər çərçivəsində XRİTDX-nin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət etmiş, burada dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olublar. 

Xidmətin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Daha sonra Xidmətin inzibati binasında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi misilsiz xidmətlərindən, dövlətçiliyimizin möhkəmləndirilməsində və milli təhlükəsizlik sahəsində həyata keçirdiyi uzaqgörən siyasətdən ətraflı danışıb. 

Tədbirdə, həmçinin digər iştirakçılar da öz ürək sözlərini bildiriblər.

Sonda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

tag: XRİTDX,Tədbir,Ulu Öndər,Heydər Əliyev,Todaypress.az,

photo
photo
photo
photo
photo
photo